WhatsApp cinayətkarı ələ verdi


Digərləri 19 Apr 2018 08:46:00 242 0

WhatsApp cinayətkarı ələ verdi

Cənubi Uels polisi axtarışda olan narkodileri "WhatsApp" sosial şəbəkəsində alıcıya göndərdiyi şəkil vasitəsilə müəyyənləşdirərək həbs edib.

Son.az lent.az-a istinadən xəbər verir ki, həmin foto Bricend dairəsində saxlanılan şəxsin smartfonunda aşkarlanıb.

Fotoda narkotiki ovcunda saxlayan narkodilerin barmağının yalnız bir hissəsi görünüb. Ekspertlər müəyyənləşdiriblər ki, bu barmağın sahibi əvvəllər həbs etdikləri şəxsə məxsusdur. Bununla da axtarışda olan narkotik alverçisi ifşa olunaarq saxlanılıb və ona qarşı 11 ittiham irəli sürülüb.