Bakıda gənc oğlanı avtomobil vuraraq qaçıb
Digərləri 19 Apr 2018 08:50:00 228 0
Hadisə Suraxanıda baş verib
Bakının Suraxanı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Son.az "Report"a istinadən bildirir ki, 23 yaşlı Səfərov Şahin Afat oğlu Əmircan qəsəbəsində yolu keçmək istəyən naməlum markalı avtomobil tərəfindən vurulub.
Sürücü yaralını hadisə yerində qoyaraq məsuliyyətdən yayınmaq üçün oradan uzaqlaşıb.
Yaralı "təcili tibbi yardım" maşını vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polos İdarəsinin əməkdaşları araşdırma aparır.
Mənbə: milli.az