“Utanırıq, amma Elon Maskın nailiyyətlərindən istifadə edəcəyik”


Digərləri 19 Apr 2018 08:35:00 239 0

“Utanırıq, amma Elon Maskın nailiyyətlərindən istifadə edəcəyik”

"Rusiya raket-kosmik sahədə Kanada-ABŞ ixtiraçısı Elon Maskın bəzi texniki işlərini götürüb istifadə etməyi planlaşdırır".

Son.az lent.az-a istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Dmitri Roqozin RBK-ya müsahibəsində deyib.

"Mən hesab edirəm ki, Elon Maska çox ciddi yanaşmaq və onu çox ciddi qəbul etmək lazımdır. Onun bəzi texniki həllərini mən bizim mütəxəssislərlə bir yerdə təhlil etmişəm və deyə bilərəm ki, biz utanırıq. Amma bəzi şeylərdən istifadə edəcəyik", - deyə D. Roqozin etiraf edib.