Tramp və Kim Çen Inın görüşü İsveçrədə baş tuta bilər


Digərləri 19 Apr 2018 08:25:00 203 0

Tramp və Kim Çen Inın görüşü İsveçrədə baş tuta bilər

Çinin, Monqolustanın və Şimali Koreyanın paytaxtları təhlükəsizlik baxımından ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında keçiriləcək görüşün mümkün yerləri kimi artıq nəzərdən keçirilmir.

Bakı. Çinin, Monqolustanın və Şimali Koreyanın paytaxtları təhlükəsizlik baxımından ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında keçiriləcək görüşün mümkün yerləri kimi artıq nəzərdən keçirilmir. Trend-in "NBC" telekanalına istinadən verdiyi məlumata görə, ABŞ tərəfi görüşün neytral yerdə keçməsini istəyir və Avropa ölkələrinə üstünlük verir. Görüşün baş tutacağı ölkələrin siyahısında İsveçrə ilk pillədədir.