“Lenovo” 2 yeni noutbuk satışa çıxardı


Digərləri 19 Apr 2018 08:15:00 281 0

“Lenovo” 2 yeni noutbuk satışa çıxardı

"Lenovo" şirkəti yeni noutbuk modellərini satışa çıxarıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, "Lenovo Air 2018" və "Lenovo 7000" modelləri şirkətin Çin bölməsi tərəfindən buraxılır və cihazları hazırda yalnız "JD.com" saytı vasitəsilə əldə etmək olar.

"Lenovo Air 2018" metal korpusa malik olsa da, çəkisi cəmi 1,95 kiloqramdır. Ekran 15,6 ölçüdədir, "Intel Core i7" və "Core i5" prosessorları və "NVIDIA GeForce MX150" qrafik prosessoru ilə təchiz olunub. Noutbuk 8 Gb operativ yaddaşa sahibdir, disk 256 Gb-dir. Barmaq izi skaneri də var.

Cihazın "Core i5" versiyasının Çin bazarında qiyməti 925 dollar, "i7" versiyası isə 1115 dollardır.