Ölkəmin və xalqımın gələcəyi mənim gələcəyimdən daha vacibdir


Dünya 19 Apr 2018 08:18:00 256 0

Ölkəmin və xalqımın gələcəyi mənim gələcəyimdən daha vacibdir

Türkiyənin baş naziri Binəli Yıldırım Rəcəb Tayyib Ərdoğanın vaxtından əvvəl prezident və parlament seçkilərini bəyan etməsi ilə bağlı baş nazir postunu tərk etməyə hazır olduğunu bildirib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə baş nazir Ankarada jurnalistlərə deyib.

B.Yıldırım deyib: "Məndən soruşurlar ki, yeni hökumətdə mənim vəzifəmin olmamasına necə yanaşıram. Cavab verirəm ki, mənim ölkəmin və xalqımın gələcəyi öz gələcəyimdən daha vacibdir".