ABŞdan Çinin ZTE şirkətinə sanksiya


Digərləri 19 Apr 2018 08:05:00 239 0

ABŞdan Çinin ZTE şirkətinə sanksiya

ABŞ Ticarət Nazirliyi Çinin ZTE şirkətini ABŞ bazarındakı imtiyazlardan məhrum edib.

Son.az lent.az-a istinadən xəbər verir ki, ZTE öz məhsullarını ABŞ bazarında reallaşdırmaqla bağlı malik olduğu imtiyazlı hüquqları itirib. Səbəb şirkətin dəfələrlə yalan məlumat verməsidir.

"Ticarət naziri Uilbur Ross bu gün elan edib ki, nazirliyin Sənaye və Təhlükəsizlik Bürosu "ZTE Corporation" və "ZTE Kangxun" şirkətlərini ixrac üstünlüklərindən məhrum edib", - deyə rəsmi açıqlamada bildirilir.