Səudiyyə Ərəbistanında 40 ildə ilk dəfə kinoteatr açılıb


Digərləri 19 Apr 2018 07:20:56 161 0

Səudiyyə Ərəbistanında 40 ildə ilk dəfə kinoteatr açılıb

Qapalı kino nümayişinə 600 nəfər dəvət olunub

Səudiyyə Ərəbistanında təqribən 40 illik qadağadan sonra aprelin 18-də paytaxt Ər-Riyadda ilk kinoteatr açılıb.

“Report” xəbər verir ki, qapalı kino nümayişinə 600 nəfər dəvət olunub.

Tamaşaçılar arasında həm kişilər, həm də qadınlar olub. Bundan əlavə, zalda Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman əs-Səud da iştirak edib.

Tamaşaçılara Amerika istehsalı olan "Qara panter" filmi nümayiş olunub.

Nümayişin təşkilatçısı qismində ABŞ-ın və dünyanın ən böyük kinoteatrlar şəbəkəsi olan "AMC Entertainment Holdings" Səudiyyədən olan tərəfdaşı "Saudi Development and Investment Entertainment Company" şirkəti ilə çıxış edib.

Bildirilir ki, kinozallar geniş tamaşaçı kütləsi üçün mayda açılacaq.