Elektron qurğulardan asılılıq təhlükəlidir


Digərləri 19 Apr 2018 07:22:00 280 0

Elektron qurğulardan asılılıq təhlükəlidir

San-Fransisko Universitetinin alimləri ildən-ilə geniş yayılan elektron qurğulardan asılılığın insanları bədbəxt etməsi qənaətinə gəliblər.   Son.az ICTnews-a istinadən bildirir ki, tədqiqatçılar müəyyənləşdiriblər ki, elektron qurğulardan asılılığı olan insanların beynində tədricən vərdişə çevrilən nevroloji əlaqələr yaranır. Belə hal, məsələn, daha çox ağrıkəsici dərmanlar qəbul edən insanlarda müşahidə edilir.   Alimlər tərəfindən, həmçinin aşkarlanıb ki, belə asılılıq sosial əlaqələrə mənfi təsir göstərir. 135 tələbənin arasında keçirilən sorğudan məlum olub ki, smartfondan çox istifadə edən insanlar başqaları ilə müqayisədə tənhalığı daha çox hiss edirlər. Tədqiqatçıların fikrincə, vaxtının çoxunu sosial şəbəkələrdə keçirən insanlarda qeyri-verbal ünsiyyət çatışmazlığı yaranır: onlar həmsöhbətin mimikası, jestləri və intonasiyası barədə məlumatsız olurlar.   Mütəxəssislər istifadəçilərə smartfonlar və kompüterlərdən daha az istifadəni tövsiyə edirlər.