Səudiyyə Ərəbistanında son 40 ildə ilk kinoteatr açılıb


Dünya 19 Apr 2018 07:25:00 265 0

Səudiyyə Ərəbistanında son 40 ildə ilk kinoteatr açılıb

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda son 40 il ərzində ilk kinoteatr açılıb.

Son.az Trend-ə istinadən bildirir ki, kinoteatrda nümayiş etdirilən ilk fil "Marvel"in "Qara pantera" filmi olub. İlk nümayiş etdirlən filmdə yerli mədəniyyət xadimləri, diplomatik missiyaların rəhbərləri, böyük iş adamları və jurnalistlər iştirak edib.

Kinoteatrın ziyarətçilərində biri bu anı çoxdan gözlədiklərini bildirib: "Nəhayət, biz kinoya yalnız xaricdə deyli öz evimizdə də gedəcəyik. Əvvəllər, kinoteatra getmək üçün, biz qonşu Bəhreynə və Dubaya gedirdik".