Yeni iPhone X hazırlanıb


Digərləri 19 Apr 2018 07:11:00 260 0

Yeni iPhone X hazırlanıb

ABŞ Federal Rabitə Komissiyasının saytında işıq üzü görməyən qızılı rəngli "iPhone X" smartfon modelinin fotoşəkilləri dərc edilib.   Son.az ICTnews-a istinadən bildirir ki, bundan əvvəl qızılı rəngli "iPhone" smartfonunun buraxılışı digər üç modellə birlikdə planlaşdırılıb. Ehtimal olunur ki, "Apple" şirkəti istehsal çətinlikləri ilə üzləşib və bununla əlaqədar versiyalardan birinin buraxılışı təxirə salınıb. Şirkət tərəfindən bu məlumatlar hələ ki təsdiq edilməyib.   Qeyd edək ki, ötən ilin payızında satışa çıxarılan sonuncu "iPhone" modelinin korpusu iki - qara və ağ rəngdə təqdim olunub.