İndoneziyada zəlzələ baş verib, ölən və yaralananlar var


Dünya 19 Apr 2018 05:56:57 227 0

İndoneziyada zəlzələ baş verib, ölən və yaralananlar var

Yüzlərlə ev, məktəb və məscid dağılıb

İndoneziyanın Mərkəzi Yava əyalətində zəlzələ nəticəsində 2 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Təbii Fəlakətlərin Aradan Qaldırılması Milli Agentliyi məlumat yayıb.

Yeraltı təkanlar 4,4 maqnituda olub. Nəticədə yüzlərlə ev, məktəb və məscid dağılıb. İki mindən çox yerli sakin xüsusi mərkəzlərə köçməli olub.

Zəlzələ çərşənbə günü əhalinin sıx məskunlaşdığı Mərkəzi Yava əyalətinin Bancarneqar şəhərinin ətrafında qeydə alınıb.