Texasda yük maşını və iki məktəb avtobusu toqquşub, 30 nəfər xəsarət alıb
Dünya 19 Apr 2018 00:23:50 296 0
Onlardan 25 nəfəri şagirdlərdir
Birləşmiş Ştatların Texas ştatında iki məktəb avtobusu və yük maşınının toqquşması nəticəsində azı 30 nəfər, o cümlədən 25 şagird xəsarət alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Hadisə beşinci sinif şagirdləri Hyuston muzeyinə ekskursiyaya gedən zaman baş verib. Bu zaman yerli enerji şirkətinə məxsus yük maşını hərəkətdə olan avtobusa, o da öz növbəsində qarşıdakı digər məktəbli avtobusuna çırpılıb.
Mənbə: report.az