Abşeronda eyvanda iş görən qadın beşinci mərtəbədən yıxılaraq ölüb


Sosial 19 Apr 2018 00:04:31 265 0

Abşeronda eyvanda iş görən qadın beşinci mərtəbədən yıxılaraq ölüb

Hadisə Masazırda baş verib

Abşeron rayonunun Masazır qəsəbəsində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Report” xəbər verir ki, 32 yaşlı Əhmədliyeva Səkinə Bəxtiyar qızı yaşadığı evin eyvanında iş görərkən ehtiyatsızlıqdan beşinci mərtəbədən yerə yıxılıb.

Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Hadisənin dəqiq səbəbləri araşdırılır.