49 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb


Digərləri 18 Apr 2018 23:39:00 249 0

49 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Göygöl elektrik şəbəkəsinin işçisini cərəyan vuraraq öldürüb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Gəncə-Şəmkir avtomobil yolunun yaxınlığında baş verib.

Şəbəkənin elektriki, Gəncə şəhər sakini, 1969-cu il təvəllüdlü Abbasov Fariz Telman oğlu ərazidə iş görən zaman cərəyan onu vurub. O dərhal xəstəxanaya çatdırılsa da öldüyü məlum olub.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.