Azərbaycan neftinin SON QİYMƏTİ


Digərləri 18 Apr 2018 23:09:00 223 0

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 17-də 73,06 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,2 dollar/barel azdır. Son.az bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 17-də 72,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,19 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 17-də 67,94 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,05 dollar/barel azdır.