Allergiyanı yaradan əsas səbəb bu imiş


Digərləri 18 Apr 2018 23:02:00 262 0

Allergiyanı yaradan əsas səbəb bu imiş

Son zamanlar insanlar arasında allergiya halları kəskin şəkildə artıb. Xüsusilə də yeni doğulan körpələrin əksəriyyətində allergiya olur. Bəs bunun səbəbləri nələrdir?

Son.az ailem.az-a istinadən allergiyanı yaradan səbəblərlə bağlı pediatr Aytən İsmayılzadənin məqaləsini təqdim edir.

Selikli qişaların zədələnmə sindromu - mukozal zədələnmə sindromu - Bu, nə deməkdir? Bunun allergiya ilə nə əlaqəsi var?

Selikli qişalar ümumilikdə bir orqandır. Dəri kimi. Dəri bir orqandır və bizi xaricdən əhatə edir. Ətrafda baş verənlər də dəriyə təsir edir, daxilimizdə baş verənlər də dəridə özünü büruzə verir. Dərini görə bildiyimiz üçün ona görə narahat oluruq. Selikli qişalar isə bizi daxili tərəfdən qoruyur və çox az qismi gözə görünür. Məsələn, ağızın selikli qişasında yara görüncə narahat oluruq. Çünki yemək yeyə bilmirik, ağrılı olur, onu müalicə etməyə çalışırıq və tez-tez baş verdiyində səbəbini araşdırırıq - səbəb kimi çox zaman "immunitetiniz zəifdir " deyilir. Düzdür, immunitet də zəifləmiş olur bu halda, amma bağırsaq selikli qişasının tamlığının pozulması hesabına. Ağızdan selikli qişa isə düz bağırsağa kimi uzanır. Sidik sisteminin də selikli qişası var, tənəffüs sisteminin də selikli qişası var. Hər bir yerin selikli qişası fərqli quruluşa və funksiyaya malik olmasına baxmayaraq, hamısının mənşəyi birdir. Ata-anadan bir, doğma bacı-qardaş kimidirlər. Birində zədələnmə olarsa, digərlərinə də məlumat çatır (iltihab mediatorları ilə) və sanki yardıma çatmaq istəyirmiş kimi, onlar da bir SOS siqnalı verir. Bu SOS siqnalı oxşar zədələnmə ilə özünü büruzə verir. Dərimizdə bir zədələnmə, iltihab, ləkə, dəyişiklik görən kimi tədbir görürük və bunun qarşısını ala bilirik. Selikli qişalarda isə dediyim kimi, dəyişikliyi görüncə artıq iri əlamətlər ortaya çıxır. Məsələn, mədədə ağrı, nəcisdə selik, qan, burunda qaşınma, bronxlarda qıcıqlanma, bəlğəm.

Dəri həkimləri var, onlara dermatoloq deyilir. Selikli qişa xəstəlikləri isə ayrı-ayrı ixtisaslar üzrə paylanılıb. Məsələn, ginekoloq uşaqlıq yolu, uşaqlıq boynu və s. selikli qişasının tamlığını qorumağa çalışır, pulmonoloq tənəffüs yollarının, stomatoloq ağzın, qastroenteroloq mədə-bağırsağın selikli qişasını müalicə edir. Pediatr isə uşaqlarda bütün selikli qişalara ümumi yanaşmalı və həmin bu uşaq gələcəkdə müəyyən ixtisas həkiminə dərinləşmiş selikli qişa problemi ilə getməsin deyə tədbir öncədən uşaq ikən görülməlidir. Bu tədbir nədən ibarətdir?

Selikli qişaların zədələnmə sindromunun aşkar edilməsi və müalicəsi: