Qızların tanışlıq sirrləri Oğlanlar bunları bilməlidirlər


Digərləri 18 Apr 2018 22:35:00 256 0

Qızların tanışlıq sirrləri  Oğlanlar bunları bilməlidirlər

Münasibətlər tanışlıqdan başlayır, ya uğurlu olur, ya da yaddaqalan... XXI əsrin texnologiyası bizə tez və heç yerə getmədən yeni tanışlar tapmaq imkanı yaradır. Amma bu ekspress-tanışlığın nə qədər davamlı olduğunu bilirsənmi? Bu münasibətə nə dərəcədə ümid bəsləmək olar?

Əvvəllər hər şey fərqli idi... Gənc qız pəncərə önündə oturub, fikirləşər, gözləri yol çəkər. Günlərin birində ana sevincək qızına deyir: qızım, sənə elçi düşüblər, atanla mən razıyam, gələn həftə də nişanındır. Ən maraqlısı isə odur ki, hamı bu haldan razıdır. Bəs bu gün? Pəncərə qarşısında oturmaq nədi? Karyera qurmaq lazımdır. Valideynlər isə övladlarının seçəcəyi şahzadənin kim olduğunu maraqla gözləyirlər. Qız isə oğlanların pəncərənin önündə dayanıb, onun yolunu gözləmələrini  arzulayır. Amma nədənsə, bunların heç biri reallaşmır. Artıq sənin "təxmini tanışlıq" ümidlərin qırılıb. Görəsən, əsl tanışlıq harada və kiminlə olmalıdır?! Hansı tanışlığa ciddi baxmaq lazımdır. Vaxt yoxdur, yaşsa ötür... Harada tanış olmalı? İnternetdə? Ola bilər. Ciddi məclisdə? Bu da bir variantdır. Bəlkə heç nə fikirləşmədən partilərə qatılmalı? Kluba, kitabxanaya, restorana getmək? Boyalı dodaqlar, dəbdəbəli klub geyimi? Səncə, bu tanışlıq nə qədər davamlı ola bilər? 

Son.az axşam.az-a istinadən nəzərdən keçirilən eksperimentləri təqdim edir:

Yaxşı: hər şey 10 dəqiqə içərisində baş verməlidir Ekspress-tanışlıq üçün ziyafət... Bu, ikinci yarını tapmaq üçün əsl "speed-dating" görüşdür ki... Hadisə belə olur: qız restoranda tək oturub. Belə halda ona başqa oğlanların yaxınlaşmaması mümkün deyil. Qızın hər oğlanla danışması 10 dəqiqə vaxtını aparacaq. Və bu tanışlığa layiq olan, bəyənilən "şahzadə" telefon nömrəsini ovcunun içində görür. Bu tip tanışlığa çox az qızlar əhəmiyyət verir. Bu hal daha çox xarici ölkələrdə, iş adamlarının həyatında baş verir. Tanışlıqdan sonra zənglər, mesajlar başlayır, yeni görüş təklifləri gəlir, maraqlı günlər yaşanır... Amma qarşı tərəfin istəkləri və tələbləri bununla bitmir. Nəticə isə heç də həmişə ürəkaçan olmur. Sən narahatsan və bu münasibətin naməlum nəticəsini düşünmək həyatını məhv edib. 

Psixoloq məsləhəti: Hər gün restoranda oturmaq, kiminləsə tanış olacağını gözləmək mümkün deyil. Əlinə düşən bu tanışlıq fürsəti isə həmişə uğurlu alınmır. Flirt-partinin də öz yaş həddi var. Bu, ciddi münasibət qurmağı hələ ki, düşünməyənlər üçün ideal tanışlıq ola bilər. Bu tip tanışlıqlardan müsbət nəticə gözləməyə dəyməz. Sən bütün günü fikirləşirsən: əgər bu gün restoranda mənə yaxınlaşıbsa, demək, məndən əvvəl və sonra da bu hallar təkrarlanacaq. Özünə bu cür əziyyət verməkdənsə, həmin münasibəti başlamazdan əvvəl bitir.  

Sosial şəbəkədəki real həyat

Sosial şəbəkələr - bax, burada həyat bir dəqiqə belə dayanmadan inkişaf edir. Məsələn, 1 dəqiqə ərzində ən az 300 insan facebook-da qeydiyyatdan keçir. İnsanlar burada bəyəndikləri şəkillərə, fikirlərə şərh yazır, rəy bildirirlər. Bəzənsə sosial şəbəkə uzun müddətdir xəyalını qurduğun bir insanla tanış olmaq üçün insana şans yaradır. Facebook, Twitter, Vkontak- bir çoxları üçün bu sosial şəbəkələr ikinci həyatdır. Burada aktiv olan heç bir qeydiyyatçı diqqətdənkənar qalmır. Bir gün sənə tanımadığın biri dostluq göndərir. Danışmağa başlayır, bir müddətdən sonra telefon nömrəni verirsən. Beləcə, sizin tanışlıq hekayəniz başlayır. Bir neçə gündən sonra ilk görüş baş tutacaq. Artıq münasibətləriniz daha da irəliləyir. Amma o hələ də facebook-dakı köhnə vərdişlərindən əl çəkmir. Sənsə onun başqaları ilə danışmağını qəbul etmirsən. Beləcə, aranıza qısqanclıq girir. Görəsən, bu münasibətin sonu necə olacaq?   

Psixoloq məsləhəti: Təşəbbüs yaxşıdır. Sosial şəbəkələr cəngəllik qanunları əsasında qurulub, amma burada güclülər yox, fəallar qalib gəlir. Güclü cinsin diqqətini cəlb etmək üçün mütləq maraqlı informasiya və ya şəkil yerləşdirməlisən. Sosial şəbəkədə tanışlıq heç də həmişə ürəkaçan olmur. Amma bunun günahını qarşı tərəfdə yox, özündə axtar. İlk görüşdən qarşı tərəfdən bütün tanışlarını silməyi istəmə. O, bunu qəbul etməyəcək. Müasir dövrdə sosial şəbəkələrdəki tanışlıq daha ciddi olur. Buna görə də tanışlığı davam etdirmək sizin öz əlinizdədir. Amma unutma: bu tip tanışlıqlar qısqanclıq qəbul etmir.  Qısqanclığın yaranmasına səbəb: əgər o, mənimlə saytda tanış olubsa, demək, indi də orda oturmasının səbəbi başqa tanışlıqlardır. Bu tip münasibətlərdə bir az vicdanlı olmağa çalışın. İnternet yalançı dolu insanlarla doludur. Və uğursuz münasibətin səbəbləri arasında da bu tip yalanlar birinci yerdədir. İlk növbədə virtual əlaqədən imtina edin. Yazışmaq iki ay davam edə bilər; onun gözəl, professional şəkillərinə baxıb, heyran qalırsan. Amma görüşdükdə onun heç də sənin xəyal etdiyin şahzadə olmadığını anlayırsan. Və ya tam əksi... o tam sənin istədiyin tipdədir. Buna əmin olmaq üçün tanışlığı ən qısa zamanda gerçək həyatda davam etdirməyə çalışın.