72 otaqlı ev Azərbaycanda VİDEO


Digərləri 18 Apr 2018 21:48:00 242 0

72 otaqlı ev  Azərbaycanda  VİDEO

Bir vaxtların şənliklərin bayram tədbirlərinin, tamaşaların təşkil olunduğu 72 otaqlı ev indi sadəcə tarixi tikili kimi qalıb. Son.az bildirir ki, bu evi İsmayıllının Lahıc qəsəbəsində 1823 -cü ildə Girdiman çayının sahilində o dövrün varlı şəxsləri olan Hacı Paşa və Hacı Qurban qardaşları inşa etdirib. Binaya giriş iki tərəfdən mümkündür: Girişin biri Bədəvan məscidi tərəfdən ikincisi Girdiman çayının sol sahili istiqamətindəndir.

Binanı Lahıc camaatı "Hacılar həyəti" də adlandırırlar.

Bu binanın həyətində ibtidai siniflər üçün otaqlar ayrılıb, konsertlər, kütləvi tədbirlər, el şənlikləri də təşkil olunub. Binanın həyətində xalça sexləri də fəaliyyət göstərib.