Meksikada toqquşmalar nəticəsində 16 nəfər ölüb


Dünya 18 Apr 2018 21:32:19 244 0

Meksikada toqquşmalar nəticəsində 16 nəfər ölüb

Ölənlərdən 6-sı polis, 10-nu isə cinayətkardır

Meksikanın Gerrero ştatında cinayətkarlarla polis arasında baş verən toqquşmalar zamanı 16 nəfər ölüb.

"Report" "El Universal" nəşrinə istinadən xəbər verir ki, Valyesitos de Saraqos yaşayış məntəqəsində konvoya hücum nəticəsində 6 polis əməkdaşı həyatını itirib.

Bildirilir ki, daha bir hadisə Koakoül şəhərində baş verib. Orada silahlı mülki şəxslərlə asayiş keşikçiləri arasında atışma nəticəsində 10 şübhəli şəxs öldürülüb.