İki avtomobil toqquşub, xəsarət alanlar var


Digərləri 18 Apr 2018 21:12:00 211 0

İki avtomobil toqquşub, xəsarət alanlar var

Ucarda iki nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

Son.az APA-ya istinadən bildirir ki, bu gün axşam saatlarında şəhərin Oğuz küçəsində "Mercedes" və  "VAZ-2107" markalı minik maşınlarının toqquşub.

Nəticədə Ucar rayonun Yuxarı Şilyan kənd sakini, 1996-cı il təvəllüdlü Uğur Güləhməd oğlu Rəhimov və şəhərin Vəsilə Zahidov küçəsində yaşayan, 1985-ci il təvəllüdlü Elnur Zahid oğlu Əliyev müxtəlif xəsarətlə Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.