Avtomobil bazarında qiymətlər sabitləşib


Digərləri 18 Apr 2018 21:15:00 193 0

Avtomobil bazarında qiymətlər sabitləşib

2018-ci ilin mart ayında Azərbaycanda minik avtomobillərinin qiymətləri əvvəlki illə müqayisədə ardıcıl ikinci aydır ki, sabit qalıb. İllik müqayisədə isə 0,6% ucuzlaşma qeydə alınıb.

Son.az report.az-a istinadən bildirir ki, martda bir minik avtomobili üzrə orta qiymət 34 268,7 manat təşkil edib.