İrəvanda etiraz aksiyasında saxlanılanların sayı 91ə çatdı


Digərləri 18 Apr 2018 20:47:00 234 0

İrəvanda etiraz aksiyasında saxlanılanların sayı 91ə çatdı

İrəvanda Serj Sarkisyanın baş nazir təyinatına etiraz əlaməti olaraq keçirilən aksiya nəticəsində saxlanılanların sayı 91 nəfərə çatıb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan polisinin mətbuat xidmətindən məlumat verilib.

Saxlanılanlardan 37 nəfərə inzibati iş açılıb, daha 54 nəfərin işi üzrə materiallar isə mümkün cinayət tərkibinin təsdiqlənməsi üçün istintaqa verilib.