Bilik Fondu Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününü qeyd edib


Digərləri 18 Apr 2018 20:17:58 224 0

Bilik Fondu Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününü qeyd edib

Akif Məmmədlinin “Qax - Balakən bölgəsinin abidələri və tarixi yerləri” mövzusunda mühazirəsi təşkil olunub.

Bakı. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibəti ilə Qax Bilik Evində AMEA Şəki Regional Mərkəzinin tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədlinin “Qax - Balakən bölgəsinin abidələri və tarixi yerləri” mövzusunda mühazirəsi təşkil olunub. Fonddan Trend-ə verilən məlumata görə, Bilik Evinin direktoru Gülşən Məcidov Rayon məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açaraq, Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün yaranma mahiyyəti barədə məlumat verib. Mühazirəçi A.Məmmədli Azərbaycanın əksər bölgələrində tarixi abidələrin olduğunu xatırladaraq, Qaxda və Balakəndə olan abidələrin dünya şöhrəti qazandığını bildirib.