İran beynəlxalq hesablaşmalarda dollardan imtina edərək avroya keçdi


Dünya 18 Apr 2018 19:42:00 241 0

İran beynəlxalq hesablaşmalarda dollardan imtina edərək avroya keçdi

İran hökuməti beynəlxalq hesablaşmalarda dollardan imtina edərək bütün ölkəxarici pul köçürmələrində və dövlət qurumlarının rəsmi hesabatlarında avroya keçilməsi barədə qərar qəbul edib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə hökumət bəyanat yayıb.

"Bütün nazirliklər, dövlət təşkilatları və şirkətlər statistikalarını, məlumat və maliyyə göstəricilərini (beynəlxalq pul köçürmələri ilə bağlı) açıqlayarkən öz hesabatlarında avrodan istifadə etməlidir," - deyə məlumatda bildirilir.