"Sumqayıt" "Keşlə" qarşılaşmasında QALMAQAL


Digərləri 18 Apr 2018 19:01:00 335 0

"Sumqayıt"  "Keşlə" qarşılaşmasında QALMAQAL

"Sumqayıt" və "Keşlə" komandaları arasında keçirilən Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşünün 71-ci dəqiqəsində qalmaqal baş verib.

Son.az report-a istinadən xəbər verir ki, buna meydan sahiblərinin müdafiəçisi Bəxtiyar Həsənalızadənin qonaq komandanın futbolçusu Sezar Meza Kolliyə qarşı sürüşmə fəndi səbəb olub. 

"Keşlə"nin baş məşqçisi Yuri Maksimov önündə yaşanan hadisə ilə əlaqədar Həsənalızadəyə sərt etiraz edib. Bu isə "Sumqayıt" cəbhəsinin kəskin etirazı ilə qarşılanıb. Bundan sonra münaqişənin miqyası böyüyüb və olay yerinə digər futbolçular da gəlib.