Serj Sarkisyan yeni hökuməti formalaşdırır


Dünya 18 Apr 2018 19:08:00 246 0

Serj Sarkisyan yeni hökuməti formalaşdırır

Ermənistanda davam edən etirazlar fonunda yeni təyin olunmuş baş nazir, sabiq prezident Serj Sarkisyan hökuməti formalaşdırır.

Son.az Trend-ə istinadən xəbər verir ki, keçmiş baş nazir Karen Karapetyan baş nazirin birinci müavini təyin olunub.

Bundan başqa, beynəlxalq iqtisadi inteqrasiya və islahatlar naziri Vaçe Qabrielyan və Prezident Administrasiyasının keçmiş rəhbəri Armen Gevorkyan baş nazirin müavinləri təyin olunub.

Müdafiə naziri Vigen Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyan öz vəzifələrində qalıblar.