Binəqədidə ilin birinci rübü üzrə sosial-iqtisadi yekunlar və qarşıda duran vəzifələr müakirə edilib


Digərləri 18 Apr 2018 18:59:10 347 0

Binəqədidə ilin birinci rübü üzrə sosial-iqtisadi yekunlar və qarşıda duran vəzifələr müakirə edilib

Binəqədi rayonunda 2018-ci ilin birinci rübü üzrə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Bakı. Binəqədi rayonunda 2018-ci ilin birinci rübü üzrə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunanan hesabat yığıncağı keçirilib. Binəqədi Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirdə İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Aparatın məsul işçiləri, idarə-müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Hesabat məruzəsi ilə çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı X.İsgəndərov ilk öncə Azərbaycan xalqının 11 aprel 2018-ci il tarixdə öz zəfər qələbəsini çalaraq, qalibiyyətin kökündə rəhbərin xalqa, xalqın isə rəhbərə olan sevgisinin dayandığını sübut etdiyini qeyd edib. Bu qələbə və bayram münasibətilə bütün binəqədililəri və siyasi həmfikirləri səmimi qəlbdən təbrik edib. Daha sonra Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən söz açıb. O, bu ilin ilk üç ayı ərzində rayonununun sosial-iqtisadi və mədəni-ictimai həyatında əldə olunan uğurlu nəticələrdən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən, həyata keçirilən infrastruktur layihələrdən də danışıb. Bildirib ki, ölkədə geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Binəqədi rayonunda da yüksək templə davam edir. Hesabat məruzəsi ətrafında çıxış edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq son illər Binəqədi rayonu ərazisində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərinin tərkib hissəsi kimi, rayonun mikrorayonlarında və qəsəbələrində yeni parklar, xiyabanlar, yaşayış məntəqələrində nümunəvi məhəllələr salınıb, park və məhəllələrdə fəvvarələr, şəlalələr çoxsaylı müasir oturacaqlar, uşaq idman-oyuncaq elementləri, quraşdırılmış, yol kənarlarında və nümunəvi məhəllələrdə milli ornamentləri özündə əks etdirən landşaft memarlığına uyğun çəmən örtüyü salınıb, həmin çəmənliklərdə müasir dekorativ və ekzotik ağac növləri əkilib.