Sarkisyanın əleyhdarları daha bir mitinq elan etdi


Dünya 18 Apr 2018 18:48:00 265 0

Sarkisyanın əleyhdarları daha bir mitinq elan etdi

"Yerevanda keçmiş prezident Serj Sarkisyanın baş nazir təyin olunmasına qarşı etiraz aksiyalarının iştirakçıları bu gün axşam saatlarında daha bir mitinq keçirəcəklərini deyiblər".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu müxalif deputat, aksiyanın rəhbəri Nikol Paşinyan deyib.

N.Paşinyan bildirib ki, aksiyanın saat 19:00-da başlaması planlaşdırılır.