Yerevanda aksiya iştirakçıları yenidən Ermənistan XİN-in binasını mühasirəyə alıblar


Dünya 18 Apr 2018 18:33:24 300 0

Yerevanda aksiya iştirakçıları yenidən Ermənistan XİN-in binasını mühasirəyə alıblar

Nümayişçilər şəhər meriyasının binasının qarşısındakı oturaq aksiyaya son veriblər

Yerevanda aksiya iştirakçıları yenidən Ermənistan Xarici İşlər Nazirliyinin(XİN) binasını mühasirəyə alıblar.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, nümayişçilər şəhər meriyasının binasının qarşısındakı oturaq aksiyaya son veriblər.

"Mənim addımım" təşəbbüsünün lideri, Vətəndaş Müqaviləsi Partiyasının rəhbəri Nikol Paşinyan aksiya iştirakçılarını Ermənistan XİN-inqapısının qarşısında dayanmağa, həmçinin binadakı insanları mübarizəyə qoşulmağa çağırıb.