Azərbaycanlı cərrah xəstənin ürəyində eyni vaxtda 5 əməliyyat icra etdi VİDEO


Digərləri 18 Apr 2018 18:24:00 240 0

Azərbaycanlı cərrah xəstənin ürəyində eyni vaxtda 5 əməliyyat icra etdi  VİDEO

Son.az apa.tv-yə istinadən reportajı təqdim edir:

Tahir Əzizovun 64 yaşı var. İki övladı, üç nəvəsi olan Tahir müəllim bu yaşadək səhhətindən şikayətçi olmayıb. Həmsöhbətim bir ay öncə ürəyində narahatlıq hiss edib. Deyir, heç ağlıma belə gəlməzdi ki, ürəyim sözümə baxmaz.

"Son günlər isə yolu keçirdim, gördüm ürəyim çox döyünür. Evim də yoxuşda olduğundan gördüm qalxanda çətinlik çəkirəm, nəfəsim çatmır. Gördüm ağrılar olur, yorğunluğum artır. Evdə sakitləşdirici ürək dərmanları qəbul etdim. Amma gördüm ki, ürəyimdə möhkəm narahatlıq var. Bundan sonra isə həkimə müraciət etmək qərarına gəldim".

Mütəxəssislər müayinə zamanı Tahir Əzizovun ürəyində ciddi problem yaşandığını aşkarlayıb və dərhal əməliyyat olunmasını məsləhət görüblər. O, Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Kamran Musayevə müraciət edib.

Xəstənin ürəyində unikal cərrahiyyə əməliyyatı keçirilib.

"Tahir müəllimin üzərində apardığımız əməliyyatın xüsusiyyəti ondan ibarətdir ki, biz eyni seansda beş fərqli ürək əməliyyatı icra etdik. Normalda biz ürək əməliyyatlarında bir problemi həll edirik. Məsələn, ürək damarlarını dəyişirik və ya ürək qapaqlarının üzərində əməliyyat icra edirik. Yaxud da hansısa ürəkdəki qüsuru aradan qaldırırıq".

Pasiyentin sağlıq durumu mütəxəssisləri bu əməliyyata vadar edib. Əməliyyat səkkiz saat çəkib.