Prokurorluq Cəlilabaddakı olayla bağlı məlumat yaydı


Digərləri 18 Apr 2018 18:15:00 281 0

Prokurorluq Cəlilabaddakı olayla bağlı məlumat yaydı

Cəlilabad rayon prokurorluğu rayonda baş verən seksual xarakterli zorakılıq hadisəsi ilə bağlı məlumat yayıb.

Prokurorluqdan Son.az-a verilən məlumata görə, Cəlilabad rayonu, Muğan kənd sakini Rəna Cəfərovanın (ad, soyad şərtidir) həmkəndlisi Qadir İsayev (ad, soyad şərtidir) tərəfindən bir il əvvəl zor tətbiq edilməklə seksual xarakterli zorakılıq hərəkətlərinə məruz qalması, eləcə də sonuncunun həmin hərəkətləri mobil telefonla çəkərək yayması faktına görə Cəlilabad rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 150.1 (seksual xarakterli zorakılıq hərəkətləri) və 242-ci (pornoqrafik materialları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanmışdır.

R.Cəfərova iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri prosessual hərəkətlər aparılmışdır.