Qalliani: "2005-ci il İstanbul finalından sonra 3 ay rahat yata bilmədim"


İdman 18 Apr 2018 18:10:00 316 0

Qalliani: "2005-ci il İstanbul finalından sonra 3 ay rahat yata bilmədim"

"Milan"ın sabiq vitse-prezidenti Adriano Qalliani Çempionlar Liqası barədə fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, italiyalı funksioner turnirdə mübarizəni davam etdirən yeganə Seriya A klubu "Roma"nı dəstəkləyəcəyini bildirib.

"Mayın 2-də "Roma" - "Liverpool" matçını stadiondan izləyəcəm, romalılara azarkeşlik edəcəm. İtaliyada rəqib olsaq da, beynəlxalq arenada qazanılan uğur bizim hər birimizə vacibdir. "Liverpool"u 2005-ci il İstanbul finalından bəri necə "sevdiyimi" təsəvvürünüzə gətirə bilərsiniz. Həmin oyundan sonra 3 ay rahat yata bilmirdim. İlk hissədə 3:0 üstün olsaq da, hesabı qoruya bilmədik. Bununla barışmaq çətindir".