Kaka: "Mourinyo mənim üçün çətin məşqçi oldu"


İdman 18 Apr 2018 17:33:00 257 0

Kaka: "Mourinyo mənim üçün çətin məşqçi oldu"

Karyerasını 2017-ci ilin sonunda başa vuran Kaka İtaliya mətbuatına açıqlama verib. Goal.az xəbər verir ki, veteran futbolçu vaxtilə "Milan"ı Madrid "Real"ına dəyişməsindən peşman olduğunu gizlətməyib.

"2009-cu ildə "Real"dan təklif aldım. Amma ora getməyim məni məhv etdi. İspaniyada tamamilə yoxa çıxdım. A Seriyasında oynadığım vaxt dünyanın ən yaxşı futbolçusu hesab olunurdum, hər kəs məni sevirdi. Madriddə isə hər kəs "Real"dan getməyimi istəyirdi. Mourinyo mənim üçün çətin məşqçi oldu. Hər dəfə mənə şans veriləcəyini gözləsəm də, ümidlərim puça çıxırdı. yaxşı formada olduğumu sübut edə bilmirdim. Onunla işləmək mümkün olmadı. "Real"ı tərk edib "Milan"a qayıdanda xoşbəxt idim".

Kaka "Real"a 65 milyon avro qarşılığında transfer olunmuşdu. Amma bir neçə dəfə zədələnməsi "sambaçı"nın Madrid klubunda özünü lazımınca göstərməsinə mane olmuşdu.