"Müğənnilər düzgün oxumurlar” Zaur VİDEO FOTO


Şou-biznes 18 Apr 2018 17:24:00 258 0

"Müğənnilər düzgün oxumurlar”  Zaur  VİDEO  FOTO

Son.az bildirir ki, "ARB Ulduz"un "Şou Məkan" verilişinin növbəti qonağı müğənni Zaur Əmiraslanov olub.

"Bəzən hərəkətlərim təəccüb doğurur. Məsələn, mən səkinin kənarında oturub dönər yeyə bilərəm. Qardaşım həmişə deyir ki, bu, sənə yaraşmır, düzgün deyil. Mənim təbiətim budur ki, tıxacda velosiped sürə bilərəm, orda məni görə bilərlər. Hətta avtomobilin şüşəsini aşağı eləyib mənə deyirdilər ki, sən də düşdün? Sizə nə oldu? Siz niyə velosiped sürürsüz? Başa sala bilmirəm ki, bunun düşməklə, qalxmaqla heç bir əlaqəsi yoxdur".

Bakı küçələrində daha çox velosipedlə görüntülənən müğənni bundan zövq aldığını deyib:

"Sovet istehsalı olan avtomobil də sürmüşəm, avtomobilsiz olan vaxtlarım da olub ki, işə velosipedlə getmişəm. Düşünürəm ki, hər kəs öz həyatını yaşayır. Zəif anlarım da olub. Yalandan həmişə özümüzü güclü göstərə bilmərik. Bu, kimə lazımdır?

Həmkarlarının bir-birinə bənzəyən mahnı seriyasından danışan Zaur Əmiraslanov, oların artıq tamaşaçını bezdirdiyini dilə gətirib:

"Sənət adamı üçün ən böyük qorxu odur ki, onun potensialı yoxdur. O artıq bezdirmək təhlükəsinə yaxınlaşır. Eyni səs tonu, eyni mahnılar. Mahnıları da bilirsiz necədir? 10-cu mahnısı ikinci mahnısına bənzəyir. İkinci unudulub axı.

Əvvəllər hərtərəfli müğənni anlayışı var idi. İndi unudulub. İndiki müğənnilər oxuduqlarını düzgün oxumurlar. O ki qaldı hərtərəfli olsunlar. Qarışıqlığa gəlib çıxmışıq".

Efirdə toy mahnılarının ayağından girib başından çıxan bəzi müğənnilərdən fərqli olaraq, Zaur bu tip ifalar səsləndirməyəcəyini açıqlayıb:


Xəbərə aid foto