Bakıda 1 milyon 200 min manatlıq dələduzluq


Digərləri 18 Apr 2018 17:28:00 225 0

Bakıda 1 milyon 200 min manatlıq dələduzluq

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1 milyon 200 min manatlıq dələduzluq etməkdə təqsirləndirilən Hicran Allahverdiyevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, daha əvvəl bu işlə bağlı eyni instansiyada hökm oxunub.

Hökmə əsasən, H.Abdullayevanın cinayəti törədərkən anlaqsız vəziyyətdə olduğu qənaətinə gəlinib. Məhkəmə onun barəsində 1 saylı Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicə təyin edilib.

Hökmdən narazı qalan zərərçəkmişlər apellyasiya şikayəti veriblər. Şikayət Bakı Apellyasiya Məhkəməsində, hakim Faiq Qasımovun icraatında araşdırılıb.

Məhkəmə araşdırması zamanı yenidən psixi ekspertiza keçirilib və H.Allahverdiyevanın sağalması barədə rəy verilib.