Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolu yenidən qurulur (FOTO/VİDEO)


Digərləri 18 Apr 2018 17:26:00 235 0

Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolu yenidən qurulur (FOTO/VİDEO)

Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur.

Bakı. Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolu IV texniki dərəcəyə uyğun (6 m hərəkət hissə, 2x2 m çiyin hissələr) yenidən qurulur. Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, 29 km uzunluğunda olan yolun 19.7 km-lik hissəsi çınqıl örtüklüdür. Uzun illər istismar olunmasına baxmayaraq yol indiyə qədər yenidən qurulmayıb. Hətta yolun bəzi hissələrinin IV texniki dərəcəyə uyğunlaşdırılması üçün torpaq yatağının genişləndirilməsinə ehtiyac var idi. Yolun qalan 6.3 km-lik hissəsi asfalt-beton örtüklü olmasına baxmayaraq bu hissənin də əsaslı şəkildə təmirinə ehtiyac var. Tikinti layihəsinə uyğun olaraq hazırda yolun 19.7 km-lik hissəsində qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, qruntun hissə-hissə avtoqreyderlə yayılması və lay-lay kipləşdirilməsi işləri aparılır. Bu işlərin həcmi 90 min kub.m-ə yaxındır. Yolun müəyyən hissəsində yolun genişləndirilməsi üçün dağ yamacının kəsilməsi də yaxın müddət ərzində yerinə yetiriləcək işlərdəndir. Torpaq yatağının tikintisi bitəndən sonra, 200 min kv.m sahədə 20 sm qalınlıqda optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, 16 sm qalınlıqda qım-çınqıl qarışığından isə əsasın üst layının tikintisi işləri aparılacaq. Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolunun 6.3 km-lik hissəsində isə mövcud asfalt-beton örtüyün frezlənərək profilə salınması, yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması və yararlı qruntla yenidən qoldurularaq kipləşdirilməsi işləri aparılacaq. Qazılaraq doldurulmuş hissərdə yol əsasının alt və üst layının nəzərdə tutulmuş qarışıqlardan istifad edilməklə tikintisi aparılacaq.