Prokuror iraqlı tələbəyə qarşı quldurluq edən dəstəyə cəza istədi


Digərləri 18 Apr 2018 16:41:00 235 0

Prokuror iraqlı tələbəyə qarşı quldurluq edən dəstəyə cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və quldurluqda təqsirli bilinən Elvira Ələsgərova, Çinarə Bəhlulzdə, Vahid Cəfərzadə, Fəxrəddin Hüseynov, Anar Kərimov, Fəqan Abdullayev, Nurlan Məmmədov və Kamran Vahabovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror təqsirləndirilən şəxslərə cəza istəyib.

Dövlət ittihamçısı təqsirləndirilən Vahid Cəfərzadənin 4 il, Fəxrəddin Hüseynovun 3 il, Anar Kərimovun 13 il, Fəqan Abdullayevin 12 il 6 ay, Nurlan Məmmədovun 12 il, Kamran Vahabovun 12 il, Elvira Ələsgərovanın və Çinarə Bəhlulzadənin hər birinin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.