İlham Əliyevin yenidən prezident seçilməsinə 56 ölkədən dəstək gəldi


Siyasət 18 Apr 2018 16:43:00 295 0

İlham Əliyevin yenidən prezident seçilməsinə 56 ölkədən dəstək gəldi

Son.az xəbər verir ki, bu gün Bakıda öz işinə başlayan İƏT Gənclər və İdman Nazirlərinin 4-cü Konfransında iştirak edən nümayəndə heyətlərinin yekdil qərarı ilə 56 üzv ölkəni öz sıralarında birləşdirən İƏT Nazirlər Konfransı adından Azərbaycan Prezidenti İlham Əliyevə 11 apreldə yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik göndərilib.

Təbrikdə İlham Əliyevin 11 aprel seçkilərində əminliklə qazandığı qələbə Azərbaycan xalqının ölkə başçısının apardığı siyasi kursa verdiyi dəstəyin bariz əlaməti kimi qiymətləndirilib. Təbrikdə eyni zamanda İƏT arealında gənclər siyasətinin qurulması və inkişaf etdirilməsində Prezident İlham Əliyevin xüsusi rolu qeyd olunub.

Qeyd edək ki, bu gün Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin gənclər və idman nazirlərinin 4-cü konfransı başlayıb. İki gün davam edən toplantı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin ev sahibliyi, İslam Əməkdaşlıq Təşkilatı, Dialoq və Əməkdaşlıq üzrə İslam Konfransı Gənclər Forumu (İƏT Gənclər Forumu) və İslam Həmrəyliyi və İdman Federasiyasının (İƏT İdman Federasiyası) birgə təşkilatçılığı ilə həyata keçirilir.

İlkin İzzət Son.az


Xəbərə aid fotolar