"Yoldaşım dedi ki, video baxılası deyil" MÜƏLLİMİN XADİMƏNİ


Digərləri 18 Apr 2018 16:30:00 286 0

"Yoldaşım dedi ki, video baxılası deyil"  MÜƏLLİMİN XADİMƏNİ

Cəlilabad rayonu Muğan kənd orta məktəbinin təmizlik işçisini zorladığı deyilən müəllim B.A (ad şərtidir) ailəli imiş.

Sözügedən məktəbin direktoru Aygün Məlikova "Ölkə.Az"a verdiyi məlumata görə, müəllimin bir, texniki işçinin iki övladı var. A.Məlikova hər iki şəxsi belə xarakterizə edib:

"B.A altı ildir bizim məktəbdə ibtidai sinif müəllimi işləyir, 34 yaşı var. Mən bu məktəbə iki ildir rəhbərlik edirəm. Qadın isə məktəbimizin təmizlik işçisi yox, gündüz gözətçisidir. Hər ikisi ailəlidir. Gözətçinin iki, müəllimin bir övladı var. Bu müddətdə onların hansısa münasibətinin olmasını hiss etməmişik. Hər ikisi hər gün məktəbdə olurlar". 

O bildirib ki, dünəndən Muğan kənd sakinləri müəllimi axtarır: "Kənd camaatı müəllimin evinin həyətinə tökülüşüb üsyan edirlər. Qapısında iki yüzdən çox adam var idi. Amma nə qadın, nə də müəllim ortada yoxdur. Qadın şikayəti edəndən sonra gecəylə qaçmışdı. Bildiyimə görə hazırda hər ikisi polis idarəsindədir. Dünənə qədər hər ikisi işə gəlirdilər. Mənim qızlarımdan biri də həmin müəllimin sinfində oxuyur. İnanın ki, özüm dünəndən qorxu, həyəcan içindəyəm, yatmamışam.  Qarovulçunun eviylə məktəbin həyəti bitişikdir. Kənd camaatına da deyirəm ki, mən məktəbin məsuliyyətini daşıyıram. İşçilərin işdən sonra etdiklərinə cavabdeh deyiləm".