Məşhur bacılar yaşadıqları evdə birbirini döydülər


Dünya 18 Apr 2018 15:53:00 275 0

Məşhur bacılar yaşadıqları evdə birbirini döydülər

"Cicişlər" kimi tanınan Esra-Ceyda Ersoy bacıları İstanbulda yaşadıqları evdə hələlik bilinməyən səbəbdən dava ediblər. 

Son.az Milliyet-ə istinadən xəbər verir ki, qonşuların xəbərdarlığından sonra "Cicişlər"in evinə polis və təcili yardım gəlib. Polislərə uzun müddət qapını açmayan Ersoy bacılarını sonda dilə tutmaq mümkün olub.

Dava zamanı yüngül yaralanan bacılar qapıda gözləyən tibb işçiləri tərəfindən yaxınlıqdakı özəl bir xəstəxanaya aparılıb. Polis hadisə ilə əlaqədar istintaqa başlayıb.


Xəbərə aid fotolar