Əliyar Ağayev "Barcelona"nın oyununa təyinat aldı


İdman 18 Apr 2018 15:49:00 267 0

Əliyar Ağayev "Barcelona"nın oyununa təyinat aldı

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Gənclər Liqasının yarımfinal mərhələsinin oyununa təyinat alıb. 

Goal.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağayev Manchester City (İngiltərə) – Barcelona (İspaniya) oyununu idarə edəcək. 31 yaşlı baş hakimə Zeynal Zeynalov və Akif Əmirli yardımçı olacaq. Dördüncü hakim funksiyasını Sandro Şarer (İsveçrə) yerinə yetirəcək.

Qeyd edək ki, görüş aprelin 20-də Nyon şəhərindəki Kolovra stadionunda keçiriləcək.