Aygün Səmədzadənin "Azərbaycan adına" möhtəşəm sənət gecəsi keçiriləcək


Digərləri 18 Apr 2018 15:11:00 216 0

Aygün Səmədzadənin "Azərbaycan adına" möhtəşəm sənət gecəsi keçiriləcək

Konsert Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunub.

Bakı. Əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqının üzvü, Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının baş müəllimi, bəstəkar Aygün Səmədzadənin "Azərbaycan adına" möhtəşəm sənət gecəsi keçiriləcək. Trend-in məlumatına görə, Yaşil Teatrda, 9 iyun saat 20.00-də başlayacaq konsert Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunub. Tanınmiş ifaçılar və musiqiçilər, rəqs qrupları Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin (dirijoru və bədii rəhbəri Teymur Göyçayevdir) müşayiəti ilə çıxış edəcəklər.