Bakıda Yay Jazz Günləri keçiriləcək


Kriminal 18 Apr 2018 15:09:00 263 0

Bakıda Yay Jazz Günləri keçiriləcək

İyun ayının 4-dən 8-dək  Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Premier Art Management şirkəti tərəfindən təşkil edilən yeni Bakı Yay Jazz Günləri (" Baku Summer Jazz Days") layihəsi təqdim olunacaqdır.

Mərkəzin mətbuat xidməti Son.az-a xəbər verir.

"Bu tədbir bir ənənəyə çevriləcək və hər il ilk yay ayının birinci yarısında keçiriləcəkdir. Bakı öz qonaqpərvərliyi, memarlığı və tarixi-mədəni irsi ilə ildən ilə  turistlər üçün daha da cazibədar bir şəhərə çevrilir. Şübhəsiz ki, yayda keçiriləcək olan caz konsertləri ölkənin turizm potensialının inkişafında rol oynayacaqdır. Qeyd edək ki, Bakı Yay Jazz Günlərinə xarici səfirliklər tərəfindən böyük maraq göstərilir. Layihənin iştirakçısı olan ölkələr- Türkiyə, İsrail, Macarıstan, Fransa- layihənin bizim ölkəmizdə də keçirilməsi üçün dəstək göstərirlər", - məlumatda bildirilir.

Bakı Yay Jazz Günlərində müxtəlif ölkələrdən olan, fərqli caz üslubunda ifa edən musiqiçilərin verəcəyi beş konsert nəzərdə tutulub.

4 iyun tarixində caz dünyasında ən məşhur trumpeter Avishai Cohen öz kvarteti ilə birlikdə çıxış edəcəkdir. Cohen öz fərdi üslubu ilə tanınan, əfsanəvi Miles Davis irsini ozünə məxsus üslubda ifa edən musiqiçi kimi tanınır.

5 İyun tarixində iki konsert keçiriləcək. Birinci konsert zamanı Türkiyədən olan ifaçılar Focan & Bıyıkoglu Organic Expeditions caz layihəsini təqdim edəcəkdir. Kvartet artıq Bakıda tanınan və keçən il konsert verən məşhur gitaraçı Onder Focan, parlaq gənc saksofonçu Anil Shalliel və ilk dəfə konsert verəcək olan pianoçu-virtuoz və hammond ifaçısı Kaan Bıyıkoğludan ibarətdir.