İlham Əliyev: “Xarici dövlət borcumuzu daha da azaltmalıyıq”


İqtisadiyyat 18 Apr 2018 14:33:31 246 0

İlham Əliyev: “Xarici dövlət borcumuzu daha da azaltmalıyıq”

"Heç bir xarici kreditə möhtac deyilik"

“Son 15 ildə Azərbaycanda iqtisadi islahatlar aparılıb, iqtisadi məsələlərə böyük önəm verilib”.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün andiçmə mərasimində deyib.

“Yalnız iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər. Əgər kimdənsə, o cümlədən xarici kreditdən asılısansa, müstəqil siyasət apara bilməzsən. Biz heç bir xarici kreditə möhtac deyilik, əksinə, özümüz kredit veririk. Hazırda xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun 20%-ni təşkil edir. Amma mən vəzifə qoymuşam, gələcək illərdə xarici dövlət borcumuzu daha da azaltmalıyıq”, - dövlət başçısıqeyd edib.

Prezident İlham Əliyev bildirib ki, 2003-cü ildən bəri Azərbaycan iqtisadiyyatı 3,2 dəfə böyüyüb: “Doğrudur, bu artımda neft amili xüsusi yer tutub, amma 15 il ərzində qeyri-neft ixracımız 4 dəfə artıb. Bu da onu göstərir ki, iqtisadi islahatlarımız böyük səmərə verib”.