İbrahimoviç: "Mənsiz keçən mundial dünya çempionatı deyil"


İdman 18 Apr 2018 14:32:00 301 0

İbrahimoviç: "Mənsiz keçən mundial dünya çempionatı deyil"

Karyerasını "LA Galaxy" klubunda davam etdirən Zlatan İbrahimoviç ABŞ-də populyar olan teleşoulardan birinin qonağı olub. Goal.az xəbər verir ki, aparıcı Cimmi Kimmelin dünya çempionatında oynamaq ehtimalına isveçli ulduz özünəməxsus cavab verib.

"Bəli, dünya çempionatına gedəcəm. Bundan artığını deyə bilməyəcəm. Ehtiyatlı olmaq lazımdır. Mənsiz keçən mundial dünya çempionatı deyil".

Zlatan İsveç millisində 2001-16-cı illərdə çıxı şedib. 36 yaşlı forvard 62 qolla millinin tarixində ən sərrast futbolçudur. Qeyd edək ki, İbrahimoviç 2 il öncə beynəlxalq karyerasını başa vursa da, İsveç Rusiyadakı mundiala vəsiqə qazanandan sonra fikrini dəyişmişdi. FİFA isə bukmeykor kontorları ilə əlaqəsinə görə ona dünya çempionatında oynamaq qadağası qoya bilər.