Suriya ilə bağlı saxta xəbər yayan TV kanalı üzr istədi FOTO


Dünya 18 Apr 2018 14:25:00 281 0

Suriya ilə bağlı saxta xəbər yayan TV kanalı üzr istədi  FOTO

İsveçin televiziya kanalı TV4-də Suriya ilə bağlı saxta xəbər hazırlanıb.

Son.az Sputniknews-a istinadla xəbər verir ki, süjetdə altyazıda Amerika əvəzinə Rusiya yazılıb.

Belə ki, Suriyadakı vəziyyət barədə müsahibə verən qadının ərəb dilindəki nitqi zamanı Amerikanın adı çəkilsə də, süjet zamanı alt yazıda Rusiya yazılıb.

Alt yazıda qeyd olunub:

"Hücum yetərli olmadı. Biz bunun davamını istəyirik. Rusiya İran və "rejim" qüvvələri torpaqlarımızı tərk etməlidir. Çünki onlar bizim torpaqlarımızı işğal ediblər".

Əslində isə, qadın, ümumiyyətlə, Rusiya sözü işlətməyib. Süjeti görən ərəb dilini bilən şəxslər kanalın rəsmi Facebook səhifəsində onları qınayıblar.