DİM dövlət qulluğuna qəbul edilmiş şəxslərə müraciət edib


Digərləri 18 Apr 2018 14:15:00 211 0

DİM dövlət qulluğuna qəbul edilmiş şəxslərə müraciət edib

DİM dövlət qulluğuna qəbul edilmiş şəxslərə müraciət edib

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna qəbul edilmiş şəxslərə müraciət edib Trend-in məlumatına görə, mərkəz tərəfindən həyata keçirilən bütün tədbirlərlə bağlı istər yazılı, istərsə də elektron formada vacib məlumatlar təqdim edilir. Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikat əldə etmiş, həmçinin müsabiqə əsasında dövlət qulluğuna qəbul olmuş şəxslər dövlət qulluğuna qəbul ilə əlaqədar mərkəzin saytı vasitəsilə avtomatik yenilənmə rejimində fəaliyyət göstərən aşağıdakı elektron xidmətlərə xüsusilə fikir verməlidirlər. Bu xidmətlərdən birincisi “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikat əldə edənlər barədə məlumat axtarış sistemi”dir. DİM tərəfindən qanunvericiliyə uyğun olaraq ayda bir dəfə dövlət qulluğuna qəbul imtahanı keçirilir. Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər.