Əli Daşdəmirov: "Ən ağlasığmaz ideyalar sonda sənin ən yaxşı layihən ola bilər"


Digərləri 18 Apr 2018 13:52:00 273 0

Əli Daşdəmirov: "Ən ağlasığmaz ideyalar sonda sənin ən yaxşı layihən ola bilər"

Banklar arasında olan rəqabət gündən-günə artır, yeni bank məhsulları yaradılır, xidmət və digər şərtlər təkmilləşir. Belə bir şəraitdə marketoloqların rolu əvəzsizdir.  

Bu gün biz Bank Respublikanın Marketinq Departamentinin Direktoru Əli Daşdəmirovla görüşdük. O bizə marketoloq peşəsi ilə yanaşı bank marketinqinin xüsusiyyətləri haqqında danışdı və bu işə yeni başlayan mütəxəssislərə bir neçə məsləhətləri ilə bölüşdü.

- Əli bəy, uzun müddətdir ki, Bank Respublikada Marketinq departamentinə başçılıq edirsiniz. Bu banka gəlişiniz necə oldu?

- İlk növbədə, bugünkü görüş və buna ayırdığınız vaxt üçün Sizə təşəkkür edirəm.

6 ildən çoxdur ki, Bank Respublika komandasında çalışıram. Mənim bu bankla əməkdaşlığım hələ 2012-ci ildən bir marketinq layihəsi çərçivəsində başlamışdır. O zaman mən "Marketinqin auditi və brendin bazarda repozisiyası" layihəsinə konsaltinq şirkətində çalışarkən rəhbərlik edirdim. Layihənin bir neçə mərhələsindən sonra bankın rəhbərliyi ilə sıx münasibətlər yarandı, mənə əməkdaşlıq təklifi verildi və mən bu təklifi məmnuniyyətlə qəbul etdim. İllər keçdikcə isə bizim komandamız və brendimizlə sözün əsl mənasında doğmalaşdıq. 

- Müşahidələrimizə görə son aylar Bank Respublika bazarda aktivləşib. Marketinq kampaniyalarının, aksiyaların sayı artıb. Bu nəylə bağlıdır?

- Sirr deyil ki, son iki ili bank sektoru çox gərgin şəraitdə keçirdi. Bazarda bir çox qaydalar dəyişdi, bu da öz növbəsində yeni strategiya və işə yeni yanaşma tələb edirdi.

Krizis sözü "dönüş nöqtəsi" mənasını verir, bu isə biznes üçün yeni imkanların yaranması deməkdir. Bu yeni imkanlardan istifadə etməklə bank öz biznes strategiyası ilə yanaşı inkişafı üzrə ümumi baxışını da yenilədi. Demək olar ki, Sizin qeyd etdiyiniz bankın aktivliyi birbaşa strategiyada aparılan dəyişiklərlə bağlıdır.

Aparılan yeniliklər çərçivəsində hələ ötən ilin sonlarında bank cari il üçün öz marketinq planını təsdiqlədi. Həmin planda fəaliyyətimizin bütün istiqamətləri üzrə yüksək aktivlik nəzərdə tutulub. 

Məqsədimiz maliyyə bazarında liderlərdən biri olmaqdır. Bu istiqamətdə dəqiqliklə işlənib hazırlanmış hərəkət planılarımız həm yerli həm də alman səhmdarlarımız tərəfindən təsdiq olunub. Hədəflərimizə nail olmaq üçün marketinq komandamızın kreativ potensialından və reklamçılıq sahəsində ən müasir yanaşmalardan tam istifadə edəcəyik.

- Reklamda kreativ yanaşmadan söz düşmüşkən, reklam kampaniyasının yaradılması prosesi Sizdə necə aparılır?

- Deyəridim ki, departamentimizdə ən gərgin keçən proseslərdən biridir, çünki yaradıcılıq tələb edir. Kampaniyaların yaradılması üzrə bizim müəyyən bir modelimiz var.

Mahiyyəti üzrə kampaniyanın özü bütün prosesin son mərhələsidir. Bazardakı mövcud şəraitdən asılı olaraq, öncə reklam edilən məhsulun şərtləri bankın müvafiq departamentləri ilə birgə müzakirə olunur. İstənilən kampaniyanın yaradılması reklam konsepti və onun əsas mesajından başlanır. Bu mərhələdə hədsiz sayda, hətta mövzuya aid olmayan, amma maraqlı ağlasığmaz, yumor dolu  ideyalar səslənir. Nəticədə daha çox uyğun saydığımız variantı birgə seçirik. 

Kredit kartları ilə bağlı bir müddət öncə hazırladığımız reklam konseptini misal gətirim. Orada bank kartı kokosu kəsən maçete şəklində təsvir edilib və həmin imicə "Səyahətdə darda qoymaz" sloqanı əlavə edilmişdi. Açığı deyim ki, proekti qeyri-standart və birqədər gülməli saydığımız üçün ondan istifadə etməyə ehtiyat edirdik. Lakin bu məsələ rəhbərliklə də müzakirə olunduqdan sonra müsbət qərar verildi. Həmin reklam gözlədiyimizdən də artıq rəğbətlə qarşılandı və məhz bu layihəmizi beynəlxalq tədbirlərin birində bank sektorunda olan ən kreativ reklam kimi təqdim etdilər. O zaman bir daha əmin oldum ki, hətta ilk baxışdan ən ağlasılmaz görünən ideyalar sənin ən yaxşı işin ola bilər. 

- Sosial şəbəkələrdə də aktivləşmiziniz. İnternet-marketinqi üzrə də strategiyanız varmı?