Zinçenko: "Televizorda anam məni De Bruyne ilə səhv salır"


İdman 18 Apr 2018 13:40:00 307 0

Zinçenko: "Televizorda anam məni De Bruyne ilə səhv salır"

"Manchester City"nin yarımmüdafiəçisi Aleksandr Zinçenko İngiltərə həyatı və komanda yoldaşı Kevin De Bruyne ilə bənzərliyi barədə danışıb. Goal.az xəbər verir ki, ukraynalı futbolçu bunları deyib:

"Prinsipcə, 10 dəqiqə ərzində Mançester şəhərini sizə göstərə bilərəm. Burda isti, sonra yağış, sonra yenə isti olur. Hava gün ərzində bir neçə dəfə dəyişə bilər. Elə güclü küləklər əsir ki, məşqdə qapıları aparır.

De Bruyne ilə oxşarlıq? Bir hadisə danışım. "Arsenal"la İngiltərə Liqa Kubokunun finalında baş tutan oyundan (3:0) sonra azarkeşlər, yaxınlarımız, bizi dəstəkləməyə gələnlərlə birlikdə kiçik şənlik keçirdik. De Bruynenin anası mənə yaxınlaşıb dedi: "Qardaşından pis görünmürsən". Hətta mənim anam da azarkeşlər kimi televizorda məni Kevinlə səhv salır. Amma yaxından baxanda fərqli görünüşə malikik".